Donuzlar qadına hücum etdi - VİDEO

  • By admin
  • 21 Avqust 2017 13:24

15

Yolla hərəkət edən qadın qəfildən çöl donuzlarının hücumuna məruz qalıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Hindistanın Andhra Pradesh əyalətində baş verib.

Belə ki, əyalətə yem dalınca gələn çöl donuzları qarşılarına çıxan qadına hücum ediblər. Hücum anının əks olunduğu kadrlar isə sosial şəbəkələrdə yerləşdirilib.

Çöl donuzlarının hücuma məruz qalan qadın qışqırıb. Bu zaman yaxınlıqdakı insanlar qadının köməyinə gələrək onu xilas ediblər.

Qeyd edəkki, çöl donuzlarının hücumuna məruz qalan qadın ağır bədən xəsarətləri alıb. Yaralı qadın dərhal xəstəxanaya yerləşdirilib.

Anar  

Gununsesi.info