Dopinq qalmaqalı böyüyür – Federasiyadan radikal qərar

  • By admin
  • 11 Dekabr 2019 13:07

Boks üzrə Rusiya millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmaqdan imtina edib.

Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov məlumat verib. Yığmanın yarışdan imtina etməsinin səbəbi isə onların bayraqsız çıxış etmək istəməməsidir.

Qeyd edək ki, dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıması ilə bağlı qərar verib. Buna baxmayaraq, Rusiya idmançılarının olimpiadada neytral statusda çıxış etmələrinə icazə verilib.

Gununsesi.org