Dostunun avtomobilini qaçırdı

  • Müəllif: admin
  • 19 May 2017 10:25

avto-ogurluq

Dostunun avtomobilini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal RPİ 27-ci Polis Bölməsinə müraciət edərək aprelin 17-də “Audi” markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.

Anar

Gununsesi.info