Dövlət başçısı vitse-prezidenti qəbul etdi

  • Müəllif: admin
  • 14 Sentyabr 2017 17:28
59ba81d78670b_vvvvv
Azərbaycan prezidenti İlham Əliyev Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Gununsesi.info-nun məlumatına görə, görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının əhəmiyyəti qeyd edilib, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil şirkəti arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info