Dövlət borcunun ödənməsinə 1.7 milyard ayrıldı - Büdcədən xarici borc ödənişləri 13 faiz artdı

  • Müəllif: admin
  • 29 Sentyabr 2016 17:24

borc

Gələn ilin dövlət büdcəsindən daxili və xarici borcun ödənişi üçün 1 milyard 768 milyon manat xərclənəcək. Gununsesi.info 2017-ci ilin büdcə layihəsinə əsasən xəbər verir ki, xarici dövlət borcunun ödənməsinə 1 milyard 707 milyon manat  ayrılacaq. Bu isə cari ilin proqnozu ilə müqayisədə 13.6 faiz artım deməkdir.

Qeyd edək ki, 2016-ci ilin büdcə proqnozunda 1 milyard 474 milyon manat nəzərdə tutulub.

Gələn il 1.707 milyardın 370 milyonu faiz, 1.338 milyard manatı isə əsas borc üzrə ödənişləri təşkil edəcək.

Daxili dövlət borcunun ödənişinə isə 61.1 milyon manat xərclənəcək

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info