Dövlət büdcəsi kəsiri hansı mənbələr hesabına bağlanacaq?

  • Müəllif: admin
  • 08 Dekabr 2016 16:46

manat

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” AzərbaycanRespublikasının Qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 645,0 mln.manat məbləğində təsdiq edilib.

Gununsesi.info Hesablama Palatasına istinadən xəbər verir ki, bu 2015-ci ilin dövlət büdcəsinin faktikikəsirindən 358,4 mln. manat çox, 2016-cı il dövlət büdcəsinin gözlənilən kəsirindən isə304454,2 mln. manat və ya 3,4 dəfəçoxdur.

Qeyd edək ki, Qanun layihəsində kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xariciborclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabınınqalığı) cəmi 625,0 mln. manat və Avropa Birliyinin qrantından daxilolmalar üzrə 20,0mln. manat hesabına həyata keçirilməsi nəzərdə tutulub.

Təqdim olunmuş məlumatlara əsasən, 2016-cı ildə dövlət büdcəsinin gözlənilənicrası gəlirlər üzrə 16822,0 mln. manat, xərclər üzrə 17012,8 mln. manat, müvafiqolaraq gözlənilən kəsirinin 190,8 mln. manat təşkil etdiyini, kəsirin maliyyələşdirilməsimənbələri (xüsusən daxili borclanmadan daxilolmalar) üzrə isə 2016-cı ilin 9 ayıərzindəəhəmiyyətli məbləğlərdə vəsaitlərin daxil olduğunu nəzərə alsaq, cari ilin sonundadövlət büdcəsinin vahid xəzinə hesabının qalığından kəsirin bağlanması üçün vəsaitlərin yönəldilməsinə ehtiyacın olmadığı qənaətinə gəlmək olar ki, bu da öznövbəsində həmin qalığın tam məbləğdə növbəti (2017-ci) ildə dövlət öhdəlikləri üzrəmövcud tələbatların maliyyələşdirilməsi üçün istifadəsinəşərait yarada bilər.

2017-ci il dövlət büdcəsi kəsirinin maliyyələşməsi üzrə dövlət əmlakının özəlləşdirilməsindən nəzərdə tutulmuş 200000,0 min manat məbləğində daxilolmalar2015-ci ilin müvafiq icra göstəricisindən 175910,8 min manat və ya 8,3 dəfə, 2016-cı ilinproqnoz göstəricisindən isə 100000,0 min manat və ya 2,0 dəfəçoxdur. ƏmlakMəsələləri Dövlət Komitəsinin hesabat məlumatlarına əsasən, 2016-cı ili 9 ayıərzindədövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 4654,7 min manat daxilolub

2017-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün Avropa Birliyinin qrantından daxilolmalar üzrə 2015-ci və 2016-cı illərin müvafiq göstəricilərinə bərabər olmaqla 20000,0 min manat məbləğində vəsait nəzərdə tutulub. Bu mənbə üzrə 2015-ci ildəəvvəlki illərdən olan daxilolmalar nəzərə alınmaqla kəsirin bağlanmasına 14551,8 min manat yönəldilib, 2016-cı ildə tam həcmdə, yəni20000,0 min manat məbləğində icra olunması gözlənilir.

Vüsalə Rüstəmova

Gununsesi.info