Dövlət büdcəsində neftin qiyməti artırıldı  — Samir Şərifov

  • Müəllif: admin
  • 29 İyun 2018 12:39

Dövlət büdcəsində neftin qiyməti artırıldı

“Dövlət büdcəsində neftin bir barelinin satış qiyməti təsdiq olunmuş proqnoza (45 dollar) nisbətən 10 dollar artırılaraq 55 dollar müəyyən edilməsi nəzərdə tutulur. Bu da neftin satış qiyməti hesabına büdcə daxil olmalarının 500 milyon manat artırılması deməkdir”.

Bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci il büdcə layihəsinə təklif edilən dəyişiklikırdən danışarkən deyib.

Nazir bildirib  ki, bu da yekunda Vergilər Nazirliyinin xətti ilə təsdiq edilmiş proqnozun 527 milyon manat azaldırması nəzərdə tutulur.

“Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert  istisna olmaqla dövlət büdcəsinin gəlirləri 11144 milyon manat təşkil edəcək.  Bu da vari ilin təsdiq edilmiş prqnozu ilə müqayisədə 233 milyon manat çoxdur”.
Gununsesi.info