Dövlət büdcəsinin icrasında 539 mln. manatlıq kəsir yaranıb

  • By admin
  • 15 Sentyabr 2017 17:24

budce

2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 mlrd. 788,8 mln. manat, xərcləri 11 mlrd. 327,5 mln. manat təşkil edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlarda qeyd edilib.

Məlumata əsasən, büdcənin icrasında 538,7 mln. manatlıq kəsir yaranıb. Kəsir ümumi daxili məhsulun 1,2%-nə bərabərdir.

Gununsesi.info