Dövlət büdcəsinin xərclərində artım olub

  • By admin
  • 25 May 2022 12:54

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təqdim edilən məlumatlara əsasən, 2021-ci ildə ölkə üzrə ümumilikdə 12129 sayda satınalma tətbiq edilməklə 6011,7 mln. manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb. Bu da 2020-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 555,5 mln. manat və ya 8,5% az, sayda isə 2926 və ya 31,8% çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə qeyd olunub.

Rəyə əsasən, hesabat ilində ÜDM-in, həmçinin dövlət büdcəsinin xərclərinin artımı fonunda, satınalmaya cəlb edilmiş vəsaitin həcmində azalma müşahidə edilib ki, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 2,6 faiz bəndi, xərclərə nisbəti isə 2,9 faiz bəndi azalmaqla müvafiq olaraq 6,5% və 21,9% bəndi təşkil edib. Bu göstəricilər son illərdə ən aşağı göstərici olub.

Təqdim edilmiş məlumatların təhlili göstərir ki, 2021-ci ildə keçirilmiş 8635 müsabiqə əsaslı satınalma üzrə 2646,0 mln. manat məbləğində müqavilə bağlanılıb. Bu da ötən illə müqayisədə sayda 859 satınalma (11,0 %) çox və məbləğdə isə 854,5 mln. manat (24,4%) azdır.

Gununsesi.info