Dövlət qulluqçuları “ASAN İmza”nı bu tariflə alacaq

  • Müəllif: admin
  • 13 Aprel 2018 09:36

Ötən ilin sentyabrından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırıması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədilə yeni tarif müəyyən olunub.

Tarif “ASAN İmza” dövlət və ya bələdiyyə sertifikatının istifadəsi müddətində (3 il ərzində) başqa əlavə xərclər olmadan 58 manat məbləğində birdəfəlik ödənişi nəzərdə tutur.

Gununsesi.info