Dövlət Sosial Müdafiə Fondunda ciddi yoxlamalar aparılmalıdır - MUSA QULİYEV POZUNTULARDAN DANIŞIR

  • By admin
  • 19 May 2018 10:50

“Hesab edirəm ki,  Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini daha ciddi qaydada araşdırılmalıdır.Hesablama palatası DSMF-nin bir neçə şöbəsində apardığı araşdırmalar nəticəsində çox ciddi qanunsuzluqlar aşkar edib”.

Bu sözləri GUNUNSESİ.İNFO-ya açıqlamasında millət vəkili Musa Quliyev hesablama Palatasının 2017-ci ilin fəaliyyəti ilə bağlı danışarkən deyib.

 Onun sözlərinə görə, hələ bir neçə şöbədə belə qanunsuzluqlar aşakr edilibsə, əksər şöbələr yoxlanarsa, ortaya hansı mənzərə çıxar: “DSMF-də aşkar edilən bu qanunsuzluqlar  gələcəkdə bu qurumu daha cidd qaydada yoxlanılmasını zəruru edir. Ona görə də Hesablama Palatasından tələb edirəm ki, bunu gələcəkdə nəzərə alsın və buna ciddi fikir versinlər”.

Deputat onu da bildirib ki, ildə 150-160 min yeni  iş  yerinin açıldığını və bu işçilər orta aylıq əməkhaqqı səviyyəsində pul alsalarda,  DSMF-nin işşçilərin sığortalanması ilə bağlı verdiyi hesabatla uyğunluq təşkil etmir: “Burada ya iş yerləri ilə bağlı statistika uyğun deyil, yaxud da  burada hansısa qanun pozuntusu mövcuddur. Odur ki, bu məsələlər də ciddi araşdırılmalıdır”.

 O, həmçinin ünvanlı sosial yardım və əlilliyin verilməsi ilə bağlı baş verən qanun pozuntularının araşdırlmasını təklif edib.

 Deputat səhiyyə sahəsindəki fəaliyyətin araşdırılmasına auditin cəlb ediməsini təklif edib.

M. Quliyev şəkərli diabet xəstələrinə verilən testrlərlə bağlı qanun pozuntusuna toxunaraq deyib ki, şəkərli diabet xəstələrin testrlə təmin olunması ilə bağlı dövlət proqramı həyata keçirilir: “Bu proqrqam 10 ildir həyata keçrilir və indiyədək bütün şəkərli diabet xəstələri tanmamilə testrlə təmin olunmalı idi. Lakin burada ciddi çatışmazlıqlar var. burada digər əsas məqm isə şəkərli diabet xəstələrinə ayda verilən 13 manat həcmindəki müavinətdir. Hansı ki, bu vəsaitlər heç bir testr etmir. Bu vəsait həddində azdır. Ildə isə 20-30 min şərlərli diabet xəsətsi artır. Odur ki, bu məsələyə ciddi baxmaq lazımdır”.

Gununsesi.info