Dövriyyədə olan pul 4.6 faiz artıb

  • Müəllif: admin
  • 03 May 2017 13:22

http://www.dreamstime.com/stock-image-devaluation-manat-national-currency-azerbaijan-image64923501

Aprel ayında nağd pul dövriyyyəsi 4.6 faiz artıb.
Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Mayın 1-nə olan məlumata görə AMB-nin pul bazası 7.6 milyard manat olub. Bu isə ondan əvvəlki ayıa müqayisədə 351 milyon manat artım deməkdir.
İlin əvvəlində pul bazası 7.8 milyard manat təşkil edib.
Qeyd edək ki, pul bazasına nağd pul dövriyyəsi və kommersiya banklarının Mərkəzi Bankda olan müxbir hesablarındakı qalıqları daxildir.
Vüsalə
Gununsesi.info