DSX-nin daha iki polkovniki həbs edildi – Nə baş verir?

  • By admin
  • 16 May 2020 11:46

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adı məlum olub.

Gununsesi.org-un Bakupost-a istinadən məlumatına görə, Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs-qətimkan tədbiri seçilib.

E.Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət almada), X.Quliyev isə 312.2-ci (rüşvət vermə) maddəsi ilə ittiham olunur.

Bakı Hərbi Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Gununsesi.org