Dünən Azərbaycanda 39 nəfər saxlanılıb -RƏSMİ

  • By admin
  • 21 Fevral 2018 11:04

2018-ci il fevral ayının 20-dən 21-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı sizə təqdim edirik.

 Gununsesi.info-ya DİN mətbuat xidmətindəən verilən məlumata görə

– Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 136 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.  

– Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

– Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

– Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

 Gununsesi.info