Dünya bazarında neft ucuzlaşdı

  • Müəllif: Orxan
  • 21 Avqust 2026 09:18

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsinin dəyəri 0,27% azalaraq 1 barelə görə 93,53 dolları təşkil edib.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin sentyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,41% azalaraq 86,47 ABŞ dollarına bərabər olub.

Gununsesi.info