
Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.
Gununsesi.info xəbər verir ki, üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunub.
67 kq çəkidə mübarizə aparan Elis Manolova ardıcıl olaraq Özbəkistan və Ukraynadan olan rəqiblərini məğlub edib. Yarımfinalda güləşçimiz Fransa təmsilçisi ilə görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan Elis Manolovanın həlledici görüşdə rəqibi Hindistan təmsilçisi olacaq.
Anar
Gununsesi.info