Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib - FOTOLAR

  • By admin
  • 16 Oktyabr 2017 14:30

22472388_10214510671989964_1504598281_n

Londonda keçirilən XVI  Dünya Atletika Çempionatının qalibi olmuş azərbaycanlı Ramil Quliyevlə İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İS-TAD) görüş keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, dəvət üçün dərnəyin üzvlərinə təşəkkür edən Ramil Quliyev bildirib ki, “İki dövlət, bir millət” şüarı ilə qurulmuş bu təşkilatda olmaqdan qürur duyuram və həmvətənlərimizlə bir araya gəlmək sevindiricidir. Ramil Quliyev qazandığı uğurların bütün Türk dünyasının və üzvü olduğu “Fənərbaxça” İdman Klubunun nailiyyəti olduğunu vurğulayıb: “İnanıram ki, bu müvəffəqiyyət gələcəyimiz olan gənclərə nümunə olacaq və biz daha böyük uğurlara imza atacağıq. Prezidentlərimizinməni və klubumu təbrik etməsi bizi daha çox qürurlandırdı. İS-TAD olaraq da verdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirirəm” –, deyə o qeyd edib.

Dünya çempionu Ramil Quliyev və “Fənərbaxça” İdman Klubu nümayəndələrinin də iştirak etdiyi görüşdən məmnunluğunu ifadə edən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyininin  (İS-TAD)  sədri Səfər Qaraqoyunlu deyib ki, bütün sahələrdə olduğu kimi, idmanda da qazanılan uğurlar həriki dövlətin nailiyyətidir. O, da öz növbəsində öz qələbəsi ilə yaşatdığı sevinc hisslərinə görə, eyni zamanda ziyarətə görəR.Quliyevə və “Fənərbaxça” İdman Klubuna təşəkkür edib, uğurların davamlı olmasını arzulayıb. Sonra S.Qaraqoyunlu təşkilat adından R.Quliyevə plaket təqdim edib.

Görüşdə,“Fənərbaxça” İdman Klubu rəhbəri Aziz Yıldırıma təqdim edilməsi məqsədiləTürkiyə Azərbaycan həmrəyliyinə və idmanın inkişafına verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim edilib.Daha sonra “Fənərbaxça” İdman Klubunin Atletizm şəbəsinin müdiri Gürsel Özyurt çıxış edib. Çıxışlardan sonra KlubunGənc Futbol komandaları inzibati işlər müdiri Serdar Alkın və Ramil Quliyev İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinə“Fənərbaxça” imzalı forma hədiyyə ediblər və xatirə şəkili çəkdiriblər.

d o ra4

Gülnaz Qənbərli

Gununsesi.info