Dünya fond bazarlarının əsas indeks göstəriciləri

  • By admin
  • 02 May 2020 10:54

Mayın 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,56% – 23 723,69 bəndədək, S&P 500 indeksi 2,81% – 2 830,71 bəndədək, Nasdaq indeksi isə 3,20% – 8 604,95 bəndədək enib.

Gununsesi.org-un məlumatına görə, Avropa fond bazarlarında mayın 1-də FTSE 100 indeksi 2,34% – 5 763,06 bəndədək, Fransa CAC-40 indeksi 2,12% – 4 572,18 bəndədək, Almaniya DAX-ı isə 2,22% – 10 861,64 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,40% artaraq 1 700,90 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,0026% artaraq 1,0981 dollar təşkil edib.

 

Gununsesi.org