Dünya Media Azadlığı Günü Bakıda qeyd edildi -KONFRANS

  • By admin
  • 03 May 2019 10:45

Bu gün Hilton Baku otelində Reportyorların Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı ilə 3 May-Dünya Media Azadlığı günü ilə bağlı konfrans keçirilib.

Gununsesi.org -un xəbərinə görə, müstəqil KİV rəhbərlərinin, media ekspertlərinin və xarici ölkə səfirliklərinin təmsilçilərinin iştirakı ilə keçirilən tədbir haqqında Bloger Mehman Hüseynov danışıb.

Turan agentliyinin rəhbəri Mehman Əliyevin moderatorluğu ilə işinə başlayan konfransda mövcud durumdan danışılıb.

Azərbaycanda medianın durumundan danışan Mehman Əliyev deyib ki, ölkədə reklam bazarının olmaması medianı asılı vəziyyətə salıb.

Daha sonra çıxış edən tanınmış media hüququ eksperti Ələsgər Məmmədli qanunvericiliklə yaradılan maneələrdən danışıb.

Ölkədə məhkəmə qərarı olmadan xəbər saytlarının bloklanması ilə bağlı faktları açıqlayan Ələsgər Məmmədli deyib ki, bu, Azərbaycanın öhdəliklərinə ziddir.

Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimli də rəhbəri olduğu saytın “info” domeninin Azərbaycan daxilində məhdudlaşdırılmasına diqqət çəkib.