Dünya Miyatoviç Avropa Şurasının İnsan Hüquqları Komissarı seçildi

  • Müəllif: admin
  • 24 Yanvar 2018 22:44

Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında Dünya Miyatoviç  (Bosniya və Hersoqovina) qurumun İnsan Hüquqları Komissarı seçilib.

Gununsesi.info xəbər verir ki, Miyatoviç 6 il müddətinə seçilib və 2018-ci ilin aprelin 1-dən fəaliyyətə başlayacaq.

Onun lehinə 107 deputat səs verib. Pyer-İv Le (Fransa) 103, Qoran Klemençiç (Sloveniya) 19 səs alıb.

Dünya Miyatoviç 2010-2017-ci illərdə ATƏT-in mətbut azadlığı məsələləri üzrə nümayəndəsi olub.

Gununsesi.info