
Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyataviç Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə həbsdə olan blogger Mehman Hüseynov haqqında danışıb.
Bu barədə Gununsesi.org-un elektron poçtuna Avropa Şurasından daxil olan məlumatda bildirilir.
Məlumata görə, Mehman Hüseynova qarşı açılmış yeni cinayət işindən narahatlığını ifadə edən komissar Azərbaycan hökumətindən gözləntilərini də ifadə edib: “Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları üzrə öhdəliklərinə əməl edəcəkdir. Biz Mehman Hüseynovun işində irəliləyiş gözləyirik və yaxın aylarda Azərbaycana gözlənilən səfərimdə hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoq aparacağıma ümid edirəm.










