Dünya okeanının temperaturu rekord həddə çatdı

  • By admin
  • 14 Yanvar 2020 09:10

2019-cu ildə Dünya okeanının temperaturu rekord həddə çatıb ki, bu da iqlim dəyişməsinin sürətlənməsindən xəbər verir.

Gununsesi.org “The Guardian”a istinadən xəbər verir ki, amerikalı alimlər bu qənaətə gəliblər.

Tədqiqatlara əsasən, son beş il okean üçün ən isti illər olub. 1987-2019-cu illərdə qlobal istilənmənin sürəti dörd dəfə artıb. Bu öz növbəsində buzluqların sürətlə əriməsinə gətirib çıxarıb.

Alimlərin fikrincə, bu əsrin sonuna kimi dəniz səthi bir metr qalxacaq və 150 milyon insanın köçünə səbəb olacaq.

Gununsesi.org