Dünyaca məşhur amerikalı öldü

  • By admin
  • 17 Sentyabr 2016 22:23

1474135283

 

Məşhur amerikalı yazar Eduard Franklin Albe 88 yaşında vəfat edib. 

Gununsesi.info xəbər verir ki, Amerika teatrının ən önəmli senaristlərindən olan yazar Nyu York yaxınlığındakı evində sentyabrın 16-ı ölüb.

Albe 1966-cı ildən bəri evlilik, din, uşaq böyütmək və amerikalı həyatının qaranlıq tərəflərini kəşf edərək yazdığı ssenariləri ilə tanınıb. Onu bütün dünyada məşhurlaşdıran və əsasında film çəkilən əsəri “Kim qorxar xain qurddan”dır.

Qeyd edək ki, Eduard Albe üç dəfə “Pulitzer” mükafatına layiq görülüb.

 

 

Gununsesi.info