
Cəmiyyətdə zərərli olaraq damğalanmış, həkimlərin uzaq durmağımızı tövsiyə etdiyi, amma hələ də məhsullarını sevə-sevə yediyimiz McDonalds şirkətinin necə qurulduğu barədə məlumatınız varmı?
Gununsesi.info Bakının bir çox yerində rast gəldiyimiz bu restoranlar şəbəkəsinin yaranma tarixi ilə bağlı yazını təqdim edir.
İlk McDonalds 1940-cı ildə ABŞ-ın Kaliforniya ştatında Dik və Mak McDonald tərəfindəın açılıb. Bununla da qardaşlar qamburger, çizburger, kartof qızartması, kola və milkshake sataraq məhdud menyu, lakin sürətli hazırlama və servisləri ilə ilk fast-food şəbəkəsinin təməlini qoymuş olublar.
İşlər yaxşı getdikcə şirkətin əməkdaşlıq etdiyi Ray Kroc onların ideyasını təqdir etməyə başlayıb. O, əvvəlcə qardaşlara şirkətə uyğun marka adı seçmək, daha sonra isə şirkəti böyükmək mövzusunda yola gətirib. Nəticədə 15 aprel 1955-ci ildə McDonalds-ın ilk filialı açılıb, 1961-ci ildə isə şirkətin filiallarının sayı 228-ə çatmışdı.
Şirkətin böyüməyində ciddi şəkildə əməyi olan Ray Kroc 14 yanvar 1984-cü ildə dünyasını dəyişib.
Gununsesi.info












