Dünyada göndərilmiş ilk SMS mesajın MƏZMUNU MƏLUM OLUB

  • Müəllif: admin
  • 04 Dekabr 2017 15:16

Dünyada mobil telefona ilk SMS mesaj 25 il bundan əvvəl Nil Papvort tərəfindən öz iş yoldaşına göndərilib. Bu haqda mətn mesajının müəllifi “Sky News” telekanalına məlumat verib. 

Gununsesi.info lenta.ru-ya istinadən xəbər verir ki, dünyada ilk SMS mesajı “Vodafone” telekommunikasiya şirkətinin direktoru qəbul edib.

Mesajın mətni “Milad bayramın mübarək” sözlərindən ibarət olub. Papvort bildirib ki, o öz mesajına cavab almayıb. 1992-ci ildə mobil telefonlar mesajları qəbul etsələr də, amma mesaj göndərmək üçün kompüter tələb olunurdu.

“Mən mətn mesajlarını ixtira etməmişəm, sadəcə, ilk SMS mesaj göndərən xoşbəxt insanam” – Papvort deyib.
Məlumat üçün bildirək ki, ilk SMS mesajın göndərilməsindən 20 il sonra –  2012-ci ildə yalnız Böyük Britaniyada 151 milyard mesaj göndərilib.

Gununsesi.info