Dünyada ilk hicab idman forması satışa çıxarıldı - 2017-Cİ İLİN ƏN YAXŞI İCADI

  • By admin
  • 02 Dekabr 2017 13:09

“Nike şirkəti Pro Hijab hicab idman formasını satışa çıxarıb.

Gununsesi.info “HypeBae”yə istinadən xəbər verir ki, hicab idman forması iki ölçüdə və üç rəngdə, hava qəbul edən elastik materialdan hazırlanıb.

Hicab idman formasının təqdimatında boksçu Zeina Nassar, fiqurlu konki sürən Eqrita Zahra Lari və ağıratlet Amna əl-Haddad iştirak edib.

“Time” jurnalı “Nike” şirkətinin hicablı idman formasını 2017-ci ilin ən yaxşı icadı hesab edib.

Gununsesi.info