Dünyada koronavirusa yoluxanların sayı 200 mini keçdi

  • By admin
  • 18 Mart 2020 16:59

Dünyada koronavirusa yoluxanların sayı 200000-dən çoxdur.

Gununsesi.org “BNO News”a istinadən xəbər verir ki, dünyada 200 min 97 nəfər koronavirusa yoluxub.

Çində təxminən 81000, İtaliyada 31000-dən çox, İranda 16000-dən çox, İspaniyada təxminən 12000 və Almaniyada təxminən 10000 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Bunlar xəstəliyin ən çox rast gəlindiyi ölkələrdir. 

8010 nəfər koronavirusdan ölüb, virusa yoluxan 80 mindən çox xəstə isə sağalıb.

Gununsesi.org