Dünyada məşhur azərbaycanlı milyarderlər kimlərdir? - SİYAHI

  • By admin
  • 07 Mart 2018 11:32
Forbes Amerika  dünya milyarderlərinin  növbəti 32-ci illik reytin cədvəlini  açıqlayıb. Bu siyahəya dünyadakı 2208 milyarderin adı düşüb. Bu siyahıda  azərbaycanlı milyarderləin də adı yer alıb.
Gununsesi.info Forbes-ə istinadən xəbər verir ki,  dünyanın ən varlı 20 milyarderinin ümumi varidatə 1,2 trilyon dollar təşkil edib.
Bu siyahıda azərbaycanlı milarderlərdən Vahid Ələkbərov, Araz Ağalarov,  Fərhad Əhmədov, Mübariz Mənsimov, Qod Nisanov, Zarax İliyevin adları düşüb. Vahid Ələkbərov dünya milyarderləri siyahısında  78 yerdə qərarlaşmaqla, onun varidatı 16,4 milyard dollar təşkil edib. V.Ələkbərov Rusiya milyarderləri içərisində 4-cü yerdə qərarlaşıb.
Qod Nisanov və Zarax İliyev hərəsi 3,1 mlrd dollarla, Araz Ağalarov 1,7 mlrd dollarla,  Mübariz Mənsimovla Fərhad Əhmədov isə 1,3 milyard dollarla  siyahıda yer alıblar.
Forbesin siyahısında dünyanın ən varlı adamı kimi Amazonşcom-un sahibi Ceff Bezos olub. Onun varidatı 112 mlrd dollar  təşkil edib. Onun son bir ildə varidatı 39,2 mlrd dollar artıb.
Hazırladı Mürtəza
Gununsesi.info