Dünyanı bir günlük uşaqlara verək - FOTOREPORTAJ

  • By admin
  • 01 İyun 2019 17:46

Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

1 iyun 1950-ci ildə təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib.

Həmin tədbirdə BMT Baş Assambleyası tərəfindən 1 iyunu uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

 Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Statistikaya əsasən, bu gün Azərbaycanda iki milyondan artıq uşaq var.

Paytaxtımız bu gün uşaqların əhvalı, xoş gülüşləri ilə rənglənib.

Nazim Hikmətin təbirincə desək, gəlin, “dünyanı bir günlük uşaqlara verək. Bir günlük də olsa, dünya öyrənsin dostluğu”.