Dünyanın ən hündür bayraq dirəyi Azərbaycana gətirildi - FOTOLAR

  • By admin
  • 10 Avqust 2022 20:34

Türkiyənin “Çimtaş” şirkəti tərəfindən hazırlanan dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib.

Gununsesi.info xəbər verir ki, Bakıda dirək platformasının ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır.

Dirəyin əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan doqquz polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir.

“Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb:

Gununsesi.info