
Kanadada dünyanın ən iri almazı hesab edilən Lesedi La Rona satışa çıxarılıb.
Gununsesi.info lenta.ru-ya istinadən xəbər verir ki, almazın alıcısı “Graff Diamonds” şirkəti olub və şirkət almaza 53 milyon dollar verib.
“Biz həm həyəcanlıyıq, həm də fəxr edirik ki, bu, inanılmaz almazın yeni mühafizəçisi olduq. Bu mənim karyeramda çox vacib gündür. Təbiətin həddən artıq gözəlini – Lesedi La Ronanı almaq şərəfi mənə nəsib oldu”- deyə, şirkətin sahibi Lourens Qraff bildirib.
Lesedi La Rona almazı 2015-ci ilin noyabrında Botsvane də çıxarılıb. Yerli dildə “Bizim işıq” adı alan bu almazın ölçüsü 1109 karatdır (221,8 qram).
Gununsesi.info











