Dünyanın ən təhlükəsiz ölkələri  - Reytinq

  • By admin
  • 12 Oktyabr 2016 20:00

finlandiyaa

 

Finlandiya dünyanın ən təhlükəsiz ölkələrinin reytinqində birinci olub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Dünya İqtisadi Forumu dünyanın ən təhlükəsiz ölkələrinin yeni reytinqini hazırlayıb. Siyahıya 141 ölkə daxil edilib.

Finlandiyadan sonra ikinci və üçüncü yerləri müvafiq olaraq Qətər və Birləşmiş Ərəb Əmirlikləri tutur. İlk onluğa, həmçinin İslandiya, Avstriya, Lüksemburq, Yeni Zelandiya, Sinqapur, Oman və Portuqaliya daxildir.

Ekspertlər ölkələrdə təhlükəsizlik şəraitini cinayətkarlığın, o cümlədən terrorçuluğun, xalqın hüquq mühafizə sistemləri əməkdaşlarına etimadının səviyyəsinə və qanun keşikçilərinin əhalini müdafiə etmək qabiliyyətinə əsasən qiymətləndiriblər.

Gununsesi.info