Dünyanın ən xoşbəxt ölkəsi məlum oldu: Azərbaycan neçənci yerdədir… - HESABAT

  • By admin
  • 20 Mart 2024 11:12

BMT-nin dəstəyi ilə bu il 12-ci dəfə hazırlanan Dünya Xoşbəxtlik Hesabatı dərc edilib. 5,5 milyon əhalisi olan Finlandiya 7-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilərkən, Əfqanıstan yenə sonuncu yerdə qərarlaşıb. 

Gununsesi.info xəbər verir ki, mütəxəssislər 0 ilə 10 arasında bal sistemi olan ölkələrdə yaşayan insanların 3 illik orta xoşbəxtliyini hesablamağa çalışıb, həmçinin iqtisadi və sosial məlumatlardan istifadə ediblər. Finlandiya 10 baldan 7,74, Əfqanıstan isə 1,72 bal toplayıb. Azərbaycan 4,89 bal toplayaraq 101-ci yerdə qərarlaşıb.

Ötən il 106-cı yerdə olan Türkiyə bu il bir neçə pillə irəliləyib. Hazırlanan hesabatda Türkiyənin 4975 xalla 98-ci yerdə qərar tutub. Türkiyənin Konqo, İraq, Nepal və Laos kimi ölkələrdən geri qaldığı hesabatda Türkiyədən bir neçə yer aşağıda, müharibə və xaos kölgəsində yaşayan Fələstin və Ukraynadır.

Bu il hesabatda ilk dəfə olaraq yaş qruplarına görə bölgü açıqlanıb. Litva 30 yaşdan aşağı insanlar üçün ən xoşbəxt ölkə olduğu halda, Türkiyə gəncləri 143 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Fələstinlilər Türkiyə gənclərindən aşağı pillədə olduğu halda, son illərdə ciddi ictimai və siyasi təzyiqlərə məruz qalan İran, Fil Dişi Sahili və Mərakeş kimi ölkələrin gəncləri Türkiyəni qabaqlayır.

60 və yuxarı yaşda olan insanların xoşbəxtlik dərəcələri də diqqət mərkəzində olub. Danimarka, Norveç, İsveç və İslandiya kimi ölkələrin ən yüksək yer aldığı siyahıda 60 və yuxarı yaşda olan Türkiyə vətəndaşları 92-ci yerdə qərarlaşıb. Konqo, Mozambik və İraq kimi ölkələrin yaşlıları Türkiyə vətəndaşlarını ötüb. Türkiyədən olan araşdırmaya qatılanların yaş bölgüsü də araşdırılıb. Araşdırmada Türkiyədə ən xoşbəxt insanlar 60 yaş və yuxarı şəxslər, ən bədbəxtlər isə gənclər olub.

Digər tərəfdən, Türkiyənin xoşbəxtlik dərəcələrinin 2006-2010-cu illərdən 2021-2023-cü ilə qədər azaldığı görülüb.

Özbəkistan MDB ölkələri arasında ən xoşbəxt ölkə olub. Bu ölkə siyahıda  47-ci yeri tutub. Qazaxıstan 9-cu yerlə ondan bir qədər geridədir. Özbəkistan reytinqdə 55-ci yerdən 47-ci yerə yüksəlib, Qazaxıstan isə 44-cü yerdən 49-cu yerə düşüb.

ABŞ reytinqdə 8, Böyük Britaniya bir pillə geriləyib. Birləşmiş Ştatlar və digər ölkələr üçün reytinqlərin aşağı düşməsi digər ölkələrin, xüsusən də Şərqi Avropanın bir neçə ölkəsinin xoşbəxtlikdə müsbət irəliləyiş əldə etməsi ilə əlaqədardır.

HƏMAS-la müharibəyə baxmayaraq, İsrail gözlənilmədən reytinqdə beşinci yeri tutub və 2022-ci ildən bu ölkə ilk onluğa daxil olub. Hesabatın müəllifləri qeyd edirlər ki, onun reytinqi üç illik orta göstəriciyə əsaslanır və bu, çox vaxt “müəyyən il ərzində baş vermiş fəlakətli hadisələrin” təsirini azaldır.

Rusiya iki pillə geriləyərək 72-ci yerdə qərarlaşıb.

Gununsesi.info