Dünyanın ən yaxşı hotellərinin reytinqi müəyyənləşib - SİYAHI

  • Müəllif: admin
  • 24 Yanvar 2018 14:26

2017-ci ildə dünyanın ən yaxşı hotellərinin reytinqi müəyyənləşib.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, “TripAdvisor” portalının istifadəçilərinin müəyyən etdiyi reytinqdə Kambocanın Siemreap şəhərindəki “Viroth’s” hoteli ilk sırada yer alıb.

Qeyd olunur ki, bu hoteldə bir gün qalmaq ucuz qiymətə – 100 dollara başa gəlir. Bu hotel barədə 910 rəyin yalnız 5 faizi mənfi olub.

Reytinqdə ikinci yerdə Kosta-Rikadakı “Tulemar Bungalows & Villas” hoteli qərarlaşıb. Üçüncü yerin sahibi Hindistanda “Umaid Bhawan Palace” hoteli olub. Bu hoteldə bir gecəni qiyməti 850 dollardan çoxdur.

İlk beşliyə həmçinin Vyetnamdakı “Hanoi La Siesta Hotel & Spa” və Maldiv adalarındakı “Gili Lankanfushi” daxil olub.

Reytinqdə ilk onluqda “Belvedere” (İtaliya), “The Nantucket Hotel & Resort” (ABŞ), “La Reserve Paris” (Fransa), “Nayara Springs” (Kosta-Rika) və “Hanoi La Siesta Hotel Trendy” (Vyetnam) yer alıb.

Gununsesi.info