Dünyanın ən zəngin adamlarından biri vəfat etdi

  • By admin
  • 10 İyul 2019 09:53

Biznesmen Ros Pero 89 yaşında dünyasını dəyişib. Gununsesi.org-un “CNN”ə istinadən məlumatına görə, milyarder  bir neçə ay idi ki, leykemiyə xəstəliyi ilə mübarizə aparırdı.

Pero “Electronic Data Systems” kompaniyasının təsisçisi idi. O, həmin şirkəti 1985-ci ildə “General Motors”a satmışdı. 3 il sonra biznesmen “Perot Systems” şirkətini yaratmışdı. Bu dəfə isə onun kompaniyasını “Dell” almışdı.

Pero 2019-cu ilin ən zəngin adamları reytinqində 478-ci yeri tuturdu. Onun sərvəti 4,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Gununsesi.org