Dünyanın separatçı liderləri Moskvaya toplanır

  • By admin
  • 13 Sentyabr 2016 22:12

mo

 

Sentyabrın sonunda Moskvada “Millətlərin dialoqu. Xalqların öz müqəddəratını təyinatı və çoxqütblü dünyanın yaradılması” mövzusunda konfrans keçiriləcək.

Gununsesi.info xəbər verir ki, tədbiri Rusiyanın Antiqlobal Hərəkatı təşkil edib. Konfrans “Prezident” otelində təşkil ediləcək. Moskvaya Kataloniya, Şimali İrlandiya, Qərbi Saxara, Şotlandiyadan olan nümayəndələr gələcək. Tədbirdə həmçinin Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya separatçıları da iştirak edəcək.

 

Qeyd edək ki, bundan öncəki konfrans 2015-ci ilin sentyabrında təşkil edilib.

 

 

Gununsesi.info