Düşmənlərə göz dağı: bombardman təyyarələri havaya qalxdı

  • By admin
  • 11 Fevral 2021 09:51

Rusiya Hərbi Aviakosmik Qüvvələrinə məxsus Tu-22M3 tipli uzunmənzilli strateji bombardman təyyarələri Qara dəniz üzərində 5 saat uçub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Onları Cənub Hərbi Dairənin aviasiya qoşunlarına bağlı təyyarələr müşayiət edib.

Təyyarələrin uçuş səbəbi açıqlanmayıb.

Rusiya Hərbi Aviakosmik Qüvvələrinin bombardman təyyarələri qanadlı raketlər və hava bombaları ilə təchiz olunub. Onlar hər növ hava, dəniz və quru hədəflərini yox etmək potensialına sahibdir.

Gununsesi.info