Düzgün zibil atmadığına görə öldürüldü

  • By admin
  • 26 Sentyabr 2019 16:33

Kiyev vilayətinin Vasilov rayonunda sərxoş kişi tanışını qətlə yetirib. 

Vesti.ua xəbər verir ki, hadisə rayonun Qlovaxa qəsəbəsində baş verib.

Üç nəfər qəsəbədəki bağ evində spirtli içki qəbul edib. Daha sonra ev sahibi qonaqları təklikdə buraxıb və yatmağa gedib.

Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisəyə səbəb zibilin düzgün atılmaması olub. Tanışlardan biri digərini ürəyindən bıçaqlayıb. Yaralı şəxs hadisə yerində ölüb.

Hadisəni törədən şəxs saxlanılıb və əməlini etiraf edib.

Gununsesi.org