“Ebola” virusu qayıtdı – 19 nəfər öldü

  • By admin
  • 14 May 2018 16:14


Konqoda yenidən “Ebola” virusu yayılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Bikoro, İboko və Vanqata bölgələrində artıq 19 nəfər dünyasını dəyişib. 39 nəfərdə isə virus aşkarlanıb.

Dünya Səhiyyə Təşkilatının direktor köməkçisi Piter Salama hökumətin razılığı olarsa, ölkəyə 300 min “Ebola” vaksini göndərəcəklərini deyib.
Gununsesi.info