Efiopiya Azərbaycana fəxri konsul təyin etdi

  • By admin
  • 28 Noyabr 2017 14:48
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunan fəxri konsulu Ələkbərov Ceyhun Vəkil oğlunu qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, görüş əsnasında C.Ələkbərov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini P.Mirzəzadəyə təqdim edib.
C.Ələkbərov Fəxri Konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
P.Mirzəzadə xarici işlər naziri cənab Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə fəxri konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.

Gununsesi.info