Efiopiyada avtobuslar toqquşdu, xeyli sayda ölən var

  • By admin
  • 30 Dekabr 2019 21:37

Efiopiyada iki avtobusun toqquşması nəticəsində 27 nəfər dünyasını dəyişib.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, hadisə Şərqi Şeva rayonunda olub. Sərnişinlərdən 25-i hadisə yerində, 2-si xəstəxanada ölüb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Efiopiya yolların pis olması və yol hərəkəti qaydalarının tez-tez pozulması səbəbindən nəqliyyatda ən çox itki verən ölkələrdən biridir. Təkcə ötən il bu ölkədə yolda 5 min nəfərədək insan qəza qurbanı olub.

 

Gununsesi.org