“Əfqan qızlarının qaranlıq günləri”: Bu ölkədə qızlar 6-cı sinifdən sonra məktəbə gedə bilmirlər

Əfqanıstanda bu il orta məktəbə başlamalı olan 330 mindən çox qız məktəbə gedə bilməyəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə BBC Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fonduna (UNICEF) istinadən məlumat yayıb.

 

Qeyd edək ki, Əfqanıstandakı “Taliban” hökuməti 2021-ci ildə qızların 6-cı sinifdən sonra məktəbə gedə bilməyəcəyinə qərar verib.

A graphic of a girl in head covering sits on floor reading a book

13 yaşlı əfqanlı qız Zeynəb də bu ay yeni məktəbə başlaya bilməyəcək qızlardandır.

O, 6 ay əvvələ qədər xoşbəxt idi. Səhər namazına qalxar, sonra qardaş və bacıları ilə məktəbə piyada gedirdi.

Zeynəb bir müddətdir ki, qızların altıncı sinifdən sonra məktəbə gedə bilməyəcəyini bilirdi. Hər şeyin dəyişəcəyinə ümid edirdi. O, öyrənməyi çox sevirdi və elmdən tutmuş incəsənətə qədər bütün dərslərində çox uğur qazanırdı.

Atası həmişə ona qürurla “sinfin birincisi” deyirdi. İstədiyi karyera sahəsində uğur qazana bilərdi.

Lakin ötən ilin dekabr ayında məktəb imtahanlarından sonra onların müəllimi imtahan zalına girərək, Zeynəbə və onun yaşındakı qızlara mart ayından sonra daha məktəbə qayıda bilməyəcəklərini söylədi.

Qızının  pis vəziyyətdə evə gəldiyini görən atası çox məyus olub. “Qızlarıma heç nə edə bilmirəm, bir ata kimi özümü günahkar hiss edirəm”, – deyə ata özünü qınayırdı. Şahir ailəsini dəfərlərlə Əfqanıstandan xilas etməyə çalışsa da, lakin buna nail ola bilməyib.

“Mənə elə gəlir ki, xəyallarımı qara dəliyə düşürdüm“, – deyə Zeynəb bildirir.

Zeynəb kimi qızların yeganə yolu dövlətin dini mədrəsələrində oxumaqdır. BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsi Roza Otunbayeva ötən ilin dekabrında Təhlükəsizlik Şurasındakı çıxışında mədrəsələrdə qızlara riyaziyyat və ingilis dili dərslərinin öyrədilməməsini bildirib.

Zeynəbin atası deyir ki, mədrəsə qızına hərtərəfli təhsil verə bilməz:

“Mədrəsə məktəbin alternativi deyil. Onlar ancaq dini fənlərdən dərs keçəcəklər. Onu dini mədrəsəyə göndərməyə ehtiyac görmürəm”.

erkekler okula giden kızları izliyor

2021-ci ildə Əfqanıstanda hakimiyyəti 20 ildən sonra ələ keçirən “Taliban” qızların oxumasına şərait yaradacağı vədini vermişdi.

“Biz qadınlara öz çərçivəmizdə məktəbə getməyə və işləməyə icazə verəcəyik. Qadınlar cəmiyyətimizdə çox fəal olacaqlar”, – yeni hökumətin təmsilçiləri deyirdi.

Lakin getdikcə qadınların hüquqlarının azalması müşahidə olunurdu. Aylar ərzində orta məktəbli qızların məktəbə getməsinə icazə verilmədi. Hətta bu gün qadınların kişi olmadan evdən çıxmasına və ictimai parklara baş çəkməsinə icazə verilmir.

UNICEF-dən BBC-yə verilən məlumata görə, 2021-ci ildən bəri məktəb qadağalarından təsirlənən qızların sayı 1,4 milyonu ötüb. Bunların arasında 2023-cü ildə 6-cı sinfi bitirəcək 330 mindən çox qız bu il təhsilini davam etdirə bilməyəcək.

Zeynəbin ailəsi deyir ki, qızlarının ingilis dili dərslərinə getdiyi icmada özəl, icma tərəfindən idarə olunan təşəbbüslər yaranıb. Bunun nə qədər davam edəcəyini heç kim bilmir. Zeynəb isə burda özünə yeni dostlar qazanıb.

Bacardığı qədər onları sevindirməyə çalışır. “Mən onları öz hobbilərini kəşf etməyə təşviq etməyə çalışıram, onları sənətə yönləndirirəm” . Məktəbə qayıtmayacağını bilən gündən Zeynəbin rəsmə marağı artıb.

zayneb çizimi

BBC-yə göndərdiyi rəsmlərindən birində də o, bir qız uşağının bağlı məktəb qapısında gözləyidiyini canlandırıb. Bu rəsmini “Əfqan qızlarının qaranlıq günləri” adlandırıb.

Bütün bunlara baxmayaraq, o həyata pozitiv baxmağa məcbur edir. Daha gözəl rəsmlər, səmanı, hündür binanı, çiçəyi, günəşi, xəyallarının gerçəkləşdiyi gələcəyi çəkir. Zeynəbin dünyaya vermək istədiyi mesaj odur ki, Əfqanıstandakı qızlar unudulmamalıdır:

“Əfqan qızların öz hüquqlarını geri almasına kömək edin. Əfqan qızları çox istedadlıdır. Bizə lazım olan tək şey fürsətdir”.

Qeyd edək ki, BBC bu məsələ bağlı “Taliban”dan şərh istəsə də, lakin qarşı tərəfdən heç bir cavab gəlməyib.

 

 

 

Hazırladı: Şəbnəm Rəhimova

Gununsesi.info