Egey dənizində balıqçının toruna dünyanın ən zəhərli balığı düşüb - FOTO

  • By admin
  • 22 May 2020 20:53
Egey dənizininin mənzərəli sahilində yerləşən Quşadasında dünyanın ən zəhirli balığı kimi tanınan və mənşəyi Hind okeanı olan “aslan balığı” görülüb.
Gununsesi.org xəbər verir ki, limanda olan 66 yaşlı balıqçı gəminin altını təmizləmək üçün suya girib. Bu sırada dənizin dibində indiyə qədər heç görmədiyi bir balıqla qarşılaşan balıqçı sudan çıxaraq Ekosistemi Qoruma  və Təbiətsevərlər Dərnəyinə (EKODOST) xəbər verib.
Aparılan araşdırma nəticəsində tikanları ilə diqqət çəkən balığın “Pterois Miles” olaraq adlandırılan “aslan balığı” olduğu müəyyən edilib.
30 ildir Quşadası körfəzində dalğıclıq etdiyini söyləyən balıqçı “Uzun illərdir dənizdə çalışıram. Həyatımda ilk dəfə bu cür bir balıq görürəm” deyib.
Gununsesi.org