
Millətin iradəsini qəsb etməyə çalışan bir ovuc ağıl milyonlarla insanın evi olan İstanbul Bələdiyyəsinin önünə yüzlərlə polis töküb.
Gununsesi.info – nun xəbərinə görə bunu həbs qərarı çıxarılan Əkrəm İmamoğlu evindən sosial şəbəkə vasitəsilə yaydığı videomüraciətdə deyib:
“Bu adamlar ölkənin güc qurumlarını əllərində alətə çeviriblər. Ancaq bildirmək istəyirəm ki, mən özümü xalqıma əmanət edirəm və heç bir zaman yenilməyəcəm. Sizlərə güvənirəm. Böyük bir zorbalıqla qarşı-qarşıyam. Ancaq yenilməyəcəyimi bəyan etmək istəyirəm. Dimdik ayaqdayam. O şəxslə və onun düşüncəsiə ilə mücadiləyə davam edəcəm”.