Eks Prezident Ukrayna vətəndaşlığından çıxarılıb?

  • By admin
  • 26 İyul 2017 18:00
sarkasvili
Belə bir məlumatla Ukrayna parlamentinin “Radikal partiya” fraksiyasının deputatı İqor Mosiyçuk çıxış edib.
Gununsesi.info RİA-Novosti-yə istinadən  xəbər verir ki,  ukraynalı parlamentari İqor Mosiyçuk  Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatı təsdiqləyib.
Bu barədə öz “Facebook” səhifəsində ukraynalı depuatat qeyd edib ki, etibarlı mənbələr Saakaşvilinin Ukrayan vətəndaşlığından məhrum edilməsini deyiblər və bu həqiqətdir:
“Bu bir daha göstərir ki, ən nəhayət  P. Poroşenko  öz səhvini başa düşüb və onu düzəldib. Saakaşvili real olaraq  Ukrayna dövlətçiliyini təhdid edirdi”.
Bununla belə ukraynalı deputat Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı mənbəni açıqlamyıb.
Rsəmi mənbələr hələ ki, Saakavilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatı təsdiqləmirlər.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun sərəncamı ilə Mixail Saakaşvili  Ukrayna vətəndaşlığı almaqla yanaşı Odessaya qubernator təyin edildi.
M. Saakaşvili 2016-ci ildə Ukraynada korrupsiyanın tüğyan etdiyini  və korrupsiyaya qarşı mübarizə apardığına görə  hakimiyyətin xoşa gəlmdəyini bəyan edərək istefaya getdi.
Gununsesi.info