Elçin Quliyev “zon”a köçürülür - SABİQ MTN GENERALI BARƏDƏ HÖKM QANUNİ QÜVVƏYƏ MİNDİ

  • Müəllif: admin
  • 25 Aprel 2018 09:31

Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevlə bağlı məhkəmə hökmü qanuni qüvvəyə minib. Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin sabiq MTN vəzifəlisi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Gununsesi.info-nun xəbərinə görə, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Elçin Quliyev cəzaçəkmə müəssisəsinə göndəriləcək.  Prosesin bu həftə baş tutacağı bildirlir.

Gununsesi.info