Eldar Həsənovdan İlham Əliyevə təşəkkür məktubu

  • By admin
  • 12 Noyabr 2020 11:38

Hazırda həbsdə olan Azərbaycanın sabiq Baş Prokuroru Eldar Həsənov torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə Prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Gununsesi.info-nun xəbərinə görə, Eldar Həsənov öz məktubunda işğal olunmuş tarixi ərazilərimizin düşmənin azad olunmasından məmnun qaldığını deyib:
” Möhtərəm cənab prezident!

İşğal olunmuş tarixi ərazilərimizi sizin rəhbərliyiniz ilə qətiyyəylə mənfur düşməndən təmizlənməsi, mədəniyyət beşiyimiz qədim Şuşanın azad edilməsi, millətimizin zədələnmiş qürurunun yenidən özünə qaytarılmasındakı cəsarətli və şərəfli fəaliyyətinizin uğurlu nəticələrinə görə sizi- Böyük Qayıdışın Sərkərdəsini səmimi qəlbdən təbrik edirəm. Doğulub başa çatdığım Kəlbəcər artıq işğaldan azad olunmaq ərəfəsindədir. Sizə bir Kəlbəcərli və Azərbaycan vətəndaşı olaraq dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Gücüm gecə-gündüz sizə və müzəffər ordumuza dualar etməyə , tam və qəti qələbə arzulamağa çatır. Bir daha minnətdarıq”.

Sizə hər zaman sədaqətli olan
DTX-nın İstintaq Təcridxanasından
Eldar Həsənov

Gununsesi.info