
Sabiq baş prokuror, Azərbaycanın Serbiya və Monteneqrodakı səfiri Eldar Həsənova ağır itki üz verib.
Gununsesi.info-nun məlumatına görə, səfirin atası Hümbət Həsənov dünyasını dəyişib.
Mərhum bu gün Əhmədli qəbirstanlığında dəfn olunacaq.
E. Həsənovun özünün də dəfn mərasiminə qatılacağı gözlənilir.
Qeyd edək ki, H. Həsənov Azərbaycanın tanınmış təhsil işçilərindən olub.
Bir neçə il öncə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Gununsesi.info
P.S.Gununsesi.info-nun kollektivi olaraq, Eldar Həsənova atasının vəfatı ilə bağlı başsağlığı veririk.
Allah rəhmət etsin!










