Eldar Mahmudova və Mövlan Şıxəliyevə cinayət işinin açılmasına QƏRAR VERİLDİ

  • By admin
  • 10 İyul 2017 16:31

eldar mövlan

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə idarənin sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun barəsində verilən hökmdə bildirilib.

Hökmdə göstərilib ki, zərərçəkmişlərin şikayəti əsasında Eldar Mahmudov və Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.

Qeyd edək ki, hələ bir neçə gün öncə Gununsesi.info adıçəkilən şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbər yaymışdı.

Gununsesi.info