Eldar Mahmudovun daha bir kadrı “vuruldu” -EKSKLÜZİV

  • By admin
  • 07 Avqust 2016 22:58

eldar-mtn-hebs

Eldar Mahmudov və onun cinayətkar dəstəsinin ifşası və  MTN adlı qurumun ləğvindən sonra köhnə komandaya bu və ya digər formada bağlılığı olan şəxslər yeni qurumda-DTX-da özlərinə yer tapa bilmirlər. Son aylar ərzində Eldar Mahmudovun nəfsinin qurbanına çevrilərərək, öz peşə şərəfini qoruya bilməyən yüzlərə şəxs DTX-da yer ala bilmədi.

Gununsesi.info-nun xəbərinə görə, DTX rəisi Mədət Quliyevin əmriylə MTN-nin İnspektorluq İdarəsinin rəisi olmuş  polkovnik Qədir Əkbərov  bu qurumdan xaric edilib. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Qədir Əkbərov  DTX-da qalmağa nail olsa da  bir neçə gün əvvəl köhnə əməllərinin araşdırılması onun qovulması ilə nəticələnib.

Elmar